Mehriban Əliyeva Basqalda kəlağayıya naxış vurdu – Foto

Mehriban Əliyeva Basqalda kəlağayıya naxış vurdu – Foto

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunda “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar.

AzerTimes xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım buradakı emalatxanada kəlağayı ustası ilə söhbət etdilər.

Mehriban xanım Əliyeva: Salam, xoş gördük.

Prezident İlham Əliyev: Salam.

Usta: Salam. Xoş gəlmisiniz. Allah Sizi var eləsin. Mən Sizinlə fəxr edirəm ki, Sizin sayənizdə Azərbaycan xalqı qalib gəldi.

Prezident İlham Əliyev: Sağ olun. İşləriniz necə gedir?

Usta: Yaxşıdır, çox sağ olun.

Prezident İlham Əliyev: Müştəri çoxdur?

Usta: Bəli, olur. Çox sağ olun. Allah Sizi var eləsin.

Fuad Nağıyev: Cənab Prezident, turistlər yavaş-yavaş gəlməyə başlayıblar.

Usta: Mehriban xanım, bu, bizim naxışımızdır, biz buna “Basqalı” naxışı deyirik. İstəyirsinizsə, əyləşin, bir naxış da siz vurun.

Birinci xanım Mehriban Əliyeva kəlağayıya naxış vurdu.

Usta: Mehriban xanım, bu, qədim təsvirləri olan kəlağayıdır. Biz buna “Heratı” deyirik. Naxışları təmiz Azərbaycan naxışlarıdır. Bu naxışların ən azı 300-400 illik tarixi var. Bunu bu alətlə işləmişəm. O dövrdə ustalar bunu necə gözəl yonublar. Azərbaycan sənətkarlar yurdudur. Bu da onun bir nümunəsidir.

Teqlər: