Avropada dözülməz istilər və meşə yanğınları…

Avropada dözülməz istilər və meşə yanğınları…

Avropa dözülməz istilərdən və hektarlarla meşə sahəsini alova bürüyən yanğınlardan əziyyət çəkir.

AzerTimes xəbər verir ki, bu barədə “Deyli Meyl” yazıb.

Nəşrin məlumatına görə, Fransa hökuməti Bordo yaxınlığındakı Jironde departamentində baş verən yanğının söndürülməsinə yardım göstərilməsi üçün bütün Avropa İttifaqı ölkələrindən əlavə qüvvələr çağırmağa məcbur olub. Orada minlərlə insan yanğınlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

Qeyd olunur ki, ölkənin cənubunda şam ağaclarının olduğu 7 min hektar meşə sahəsini məhv edən yanğın bir aydan çoxdur davam edir.

Bundan əlavə, İsveçrədə də min illərdir buz qatı ilə örtülmüş dağ zirvələrində də ərimə başlayıb.

Teqlər: