Bakı Apellyasiya Məhkəməsində “Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı barəsində Binəqədi Rayon Məhkəməsinin çıxardığı qərarından verilən şikayətə baxılıb.
AzerTimes xəbər verir ki, prosesdə şikayət araşdırılsa da, təmin edilməyib və Binəqədi rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, Əvəz Zeynallı “Baku Steel Company” şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovdan 20 min manat rüşvət almaqda təqsirləndirilərək barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilib.
Ə.Zeynallı barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə Binəqədi rayon məhkəməsinə müraciət etsə də, məhkəmə vəsatəti təmin etməmişdi.
Bundan narazı qalan jurnalist qərardan apellyasiya şikayəti vermişdi.