Məhkəmə sabiq icra başçısını ev dustaqlığına buraxmadı

Xəbər - Samir Əli – Trend:

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AzerTimes-ın məlumata görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə sabiq icra başçısının vəkili M.Quliyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verib.

Vəsatət təmin edilməyib və məhkəmə baxışı sentyarın 2-ə təyin edilib.

Teqlər: