Məhkəmə həyat yoldaşını qətlə yetirən şəxsi azadlığa buraxdı

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Sevda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AzerTimes-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Babayeva məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə belə nəticəyə gəlib ki, Babayeva özünümüdafiə edərkən bu hadisəni törədib. Ona CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsilə verilən ittihamı məhkəmə CM-in 123-cü (zəruri müdafiə həddini aşmaqda adam öldürmə) maddəsinə tövsif edib. Babayevaya bu maddə ilə 1 il 6 ay həbs cəzası kəsilib. Azərbaycanda noyabrın 8-də qəbul edilən Amnistiya Aktı şamil olunaraq, o, məhkəmə zalından azadlığa buraxılıb.


İttihama görə, hadisə 2021-ci ilin aprelində Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Elvin Əsgərzadə bir bıçaq zərbəsindən ölüb. Zərbə onun ürəyinə dəyib.

İstintaqla E. Əsgərzadənin həyat yoldaşı S. Babayeva tərəfindən öldürüldüyü müəyyən edilib.

Teqlər: