Ağstafada silah tapılıb

Xəbər - Fərid Zöhrabov – Trend:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində silah olması barədə məlumat daxil olub.

Dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirliblər. Araşdırmalar zamanı 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb. Qeyd edək ki, cari il ərzində RPŞ əməkdaşlarının gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması məqsədi ilə keçirdikləri müvafiq tədbirlər nəticəsində ümumilikdə 9 ədəd müvafiq sənədləri olmayan silah aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Teqlər: