Məhkəmə Donald Trampın “Twitter”-ə qarşı iddiasını rədd edib

ABŞ-ın məhkəməsi keçmiş prezident Donald Trampın Twitter-ə qarşı
iddiasını rədd edib.

Trend “Reuters”
agentliyinə istinadla xəbər verir ki, iddiada sosial şəbəkədə
eks-prezidentin səhifəsinin bloklanmasına etiraz bildirilir.

Qeyd olunur ki, məhkəmə Trampın “Twitter”-in onun ABŞ
Konstitusiyasına edilən birinci düzəlişlə təmin edilən söz azadlığı
hüququnu pozduğuna dair arqumentlərini nəzərə almayıb.

Ötən il Trampın vəkilləri iddia edirdilər ki, “Twitter” ölkənin
siyasi diskursunda o qədər gücə malikdir ki, bu demokratik
müzakirələr üçün təhlükəli ola bilər.

2021-ci ilin əvvəlində “Twitter” və digər sosial media
platformaları Trampın bir dəstə tərəfdarının Kapitoli binasına
hücumundan sonra ona xidmət göstərməsini qadağan etmişdir.