Məhdudiyyətlər sürətlə aradan qaldırılarsa, yoluxma arta bilər – ÜST

Şamaxı. Trend:

Əgər məhdudiyyətlər eyni anda, sürətlə aradan qaldırılarsa,
yoluxma halları arta bilər, bu təbiidir.

AzerTimes-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının
Avropa üzrə regional direktoru Hans Kluge deyib.

O bildirib ki, yoluxma göstəriciləri artan ölkələr var.

“Hospitallaşma, yəni xəstəxanaya yerləşdirmə, o cümlədən ölüm
hallarına baxaq. Məsələn, mən Danimarkada yaşayıram. Orada da
yoluxma artıb, lakin ölüm halları çoxalmır. Bu onu göstərir ki, hər
hansı ölkədə əhalinin 90 faizi peyvənd olunarsa, ölüm hallarının
qarşısını alaq olar”, – H.Kluge deyib.

Teqlər: