Hərbi Akademiyada Azərbaycan və Gürcüstan ekspertlərinin görüşü keçirilib (FOTO)

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında ikitərəfli
əməkdaşlıq planına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında
təhsil üzrə ekspertlərin işçi görüşü keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, görüşdə ingilis dili üzrə STANAG testlərinin
tərtib edilməsi üzrə təcrübə mübadiləsi, test materiallarının
moderasiya edilməsi, qarşılıqlı istifadəsi və sınaqdan
keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, STANAG NATO-nun standartlaşdırma sənədidir və üzv
dövlətlərin qarşılıqlı fəaliyyət tələbinə cavab vermək üçün
standartın tam və ya qismən, şərti və qeyd-şərtsiz həyata
keçirilməsinə dair razılığını müəyyən edir.

Teqlər: