Mehdiabadda silah və narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin
əməkdaşlarının daxil olmuş
əməliyyat məlumatı əsasında Mehdiabad qəsəbəsində həyata
keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu
silah-sursat və külli miqdarda narkotik maddə saxlayan şəxs
tutulub.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
bölməyə əvvəllər məhkum olunmuş Niyaməddin Paşayevdə odlu silah
olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb
və onun əlindəki bağlamaya baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı
istifadəyə yararlı avtomat, 9 ədəd patron, daraq və 320 qram
narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Niyaməddin
Paşayev odlu silah-sursatı bir müddət əvvəl tapdığını, polisə
təhvil verməyərək gizlətdiyini bildirib. Həmin şəxs ifadəsində
silahı və narkotik vasitəni satmaq məqsədi ilə əldə etdiyini qeyd
edib.


Mehdiabad Polis Bölməsində toplanan materiallar Abşeron Rayon
Polis İdarəsinin İstintaq
Şöbəsinə göndərilib. Faktla bağlı İdarənin İstintaq Şöbəsində
Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Niyaməddin Paşayev barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan
tədbiri seçilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq
tədbirləri davam etdirilir.

Teqlər: