Məğlub general baş qərargah rəisi təyin edildi

Məğlub general baş qərargah rəisi təyin edildi

General-polkovnik Aleksandr Lapin Rusiya Silahlı Qüvvələri Quru Qoşunları Baş Qərargahının rəisi təyin olunub.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Lapinin bu vəzifəyə nə vaxt təyin olunması ilə bağlı məlumat verilməyib.

Rusiya Müdafiə Nazirliyi məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, Aleksandr Lapin bundan əvvəl Rusiya qoşunlarının “Mərkəz” qrupuna komandanlıq edirdi. Rusların Xarkov istiqamətindəki uğursuzluğundan sonra Lapin bu vəzifəsindən uzaqlaşdırılmışdı.

Teqlər: