Medvedyevə çağırış etdilər: İçkidən imtina et!..

Medvedyevə çağırış etdilər: İçkidən imtina et!..

“Ayıq Ural Federal Dairəsi” ictimai hərəkatı Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevə spirtli içkilərdən imtina etməyi və özü üçün “quru qanun” tətbiq etməyi təklif edib.

AzerTimes xəbər verir ki, bu barədə hərəkatın rəhbəri Andrey Tumaşov məlumat verib.

Onun sözlərinə görə, keçmiş prezident alkoqoldan imtina etməli və sağlam həyat tərzi sürməlidir, çünki ölkəyə ayıq beyinli rəhbərlər lazımdır:

“Hörmətli Dmitri Anatolyeviç, sizə özünüz üçün “quru qanun” deyilən qanunu tətbiq etməyi təklif edirəm. Bu, şəxsən sizin, ətrafınız və hətta ölkə üçün çox faydalı olacaq. Ayıqlıq güclü seçimdir. Ölkənin ayıq düşüncəli liderlərə hər zamankından daha çox ehtiyacı var. Tanrı ona ayıq həyat versin və təkcə ona deyil, eyni zamanda prezidentə də xeyir-dua versin”.

Qeyd edək ki, bu hərəkat Rusiya Prezidenti Vladimir Putini Uralda “quru qanun” tətbiq etməyə çağırmışdı.

Teqlər: