Rusiya baş naziri Dmitri Medvedyev toplantıya gecikən kənd təsərrüfatı naziri Aleksandr Tkaçova sərt şəkildə tənqid edərək, təhqir edib.
Medvedyev özünün yorğun olmağına baxmayaraq Arxangelsk şəhərində keçirilən Arktika forumundan birbaşa Moskvaya gəldiyini bildirərək nazirin iclasa gecikməsinə görə əsəbi olduğunu ifadə edib.
“Biz sizi gözləyirdik. Mən də dünən çox gec saatlarda qayıtmışam. Amma mən toplantıya gecikməmişəm. Siz isə bizi gözlətdiniz. Yaxşı deyil. Zəngli saatı müxtəlif (fərqli) yerlərinizə dürtün (qoyun).“, – deyə Medvedev A. Tkaçovu təhqir edib.