Google’dan IOS üçün yenilik

Google’dan IOS üçün yenilik

“Google” şirkəti iOS əməliyyat sistemini Gboard klaviatura əlavəsi ilə təchiz edib.

Artıq “Google” klaviaturasından istifadə etmək üçün xüsusiləşmiş softu yükləməyə ehtiyac yoxdur.

İstifadəçinin rahatlığı üçün mətn yığımından başqa, məlumat göndərərkən xüsusi şəkil və emodzilər seçmək imkanı da yaradılıb. Həmçinin “Google-da populyar olanlar” seçiminin köməyi ilə internet şəbəkəsindəki ən mühüm xəbər və məlumatları da oxumaq mümkün olacaq. Nəyisə oxumaq üçün xəbər başlığına vurmaq kifayət edəcək.

Bu funksiya “3D Touch”un köməyi ilə daha da genişləndirilib. G ikonunun üstünə sıxmaqla zəruri məlumatları axtarmaq olacaq.