Medvedyev İsraili təhdid etdi: Əlaqələr pozulacaq…

Medvedyev İsraili təhdid etdi: Əlaqələr pozulacaq…

İsrailin Ukraynaya hərbi yardım göstərməsi bu ölkənin Rusiya ilə bütün əlaqələrini pozacaq.

AzerTimes xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

“İsrail deyəsən, Kiyev rejimini silahla təmin etməyə hazırlaşır. Çox ehtiyatsız addımdır. Bu, ölkələrimiz arasında bütün dövlətlərarası münasibətləri məhv edəcək”, – o bildirib.

Qeyd edək ki, İsrailin diaspor işləri üzrə naziri Nəhman Şai İranın Rusiyaya PUA və ballistik raketlər satdığını əsas gətirərək, ölkəsinin Ukraynaya hərbi yardım etməsinin vacibliyini vurğulamışdı.

Teqlər: