Mediasiya Şurasına daxil olan müraciətlərin sayı açıqlanıb

Xəbər - Samir Əli -Trend:

Bu ilə qədər Mediasiya Şurasına 12 585 müraciət daxil olub.

AzerTimes-ın məlumatına görə, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov deyib.

O bildirib ki, müraciətlərin 9 550-si Mediasiya Şurası tərəfindən mediatorlara bölünüb və işlərə baxılıb.


“Müraciətlərdən 3 033-ü düzgün tərtib edilmədiyi üçün geri qaytarılıb və yenidən həmin sənədlərin işlənməsi istiqamətində iş gedir. 1200-dən çox müraciət isə könüllü mediasiya üzərindən həyata keçirilib.

Daxil olan müraciətlərin 8515-i ailə mübahisələrinə, 740-ı kommersiya məsələləridir, 297-si əmək mübahisəsi məsələlərinə baxılıb. Mediasiya Şurası yeni yarandığı üçün fəaliyyətimiz, uğurlarımızın danışa bilmirik. Lakin baza olaraq növbəti il üçün kifayət qədər işlər görüldüyünü düşünürük. Mediatorlar üçün mütəmadi təlimlər keçirilir ki, bu da öz növbəsində məhkəmələrin yükünün azalmasına səbəb olur”, – deyə o bildirib.

Teqlər: