Mediada sensasiya xarakterli məlumatlar olmamalıdır – Baş prokuror

Xəbər - Samir Əli – Trend:

Biz prokurorluq olaraq etik normalar çərçivəsində tənqid və
iradlara açığıq. Lakin xoşagəlməz üslub qəbuledilməzdir. Bəzən
mediada məlumatlar insanı qıcıqlandırıcı tərzdə təqdim olunur.

AzerTimes-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev
deyib.

O bildirib ki, gündəmə gəlmək üçün sensasiya xarakterli
məlumatlar olmamalıdır:

“Prokurorluq insan hüquqlarının qorunmasını da təmin edir.
Azərbaycanda “Media haqqında” yeni qanun qəbul edilib. Bəzi hallar
olub ki, biz media nümayəndələrini, bəzi sosial şəbəkə
istifadəçilərini prokurorluğa dəvət edərək onlara xəbərdarlıqlar
etmişik. Bəzən barələrində inzibati işlər başlamışıq.

Ancaq çox təəssüflər olsun ki, bəzən bunu düzgün qəbul
etməyənlər olur və prokurorluğu nələrdəsə ittiham edirlər. Biz hər
bir kəsə açıq qurumuq. Hesab edirəm ki, mediada insanların şərəf və
ləyaqətini təhqir edən, alçaldan, sensasiya xarakterli məlumatlar
olmamalıdır”.

O qeyd edib ki, media nümayəndəsinin peşəkarlığına üstünlük
verilir:

“Prokurorluq orqanı olaraq düşünürük ki, media fəaliyyətində
sifarişli yazı, kiminsə kiməsə qarşı əsassız ittihamları doğru
deyil. Gündəmdə qalmaq üçün sensasiya xarakterli məlumatlar
yaratmaq üçün belə addım atılmamılıdır”,- K.Əliyev bildirib.

Teqlər: