Xəbər - Çingiz Səfərli -Trend:
Media subyektlərinə maliyyə yardımlarının ayrılması növbəti 6 ay üçün nəzərdə tutulub. Qaydalara əsasən 6 ay ərzində müəyyən olunmuş media subyektlərinin bizim tərəfimizdən maliyyələşməsi həyata keçiriləcək.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişaf Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib.
Onun sözlərinə görə, bu maliyyə dəstəyi məqsədyönlüdür:
“Əsas məqsəd həmin media subyektlərinin iqtisadi müstəqilliyidir. Müsabiqənin qalibləri ilə görüşlər keçiriləcək və onlarla müqavilə imzalandıqdan sonra maliyyələşmə həyata keçiriləcək”.