Media subyektləri ilə bağlı layihəmiz yenilikdir, bu, köhnə ənənələrin davamı kimi qiymətləndirilə bilməz – Əhməd İsmayılov

Xəbər - Çingiz Səfərli -Trend:

Onlayn media subyektlərinin dəstəklənməsi üzrə layihəmiz yenilikdir.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişaf Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib.

Onun sözlərinə görə, bu vaxta qədər bu istiqamətdə müsabiqələr həyata keçirilməyib. İlk dəfə olaraq idman mediasına dəstək kampaniyası təşkil olunub:

“Bu müsabiqələr tam yeni formatda yeni qaydalar əsasında həyata keçirilir. İstər tələblər, istər qaydalar tamamilə yenilənib. Media subyektlərinə olan tələblər əvvəlcədən açıqlanıb.

Bundan öncə onlayn media subyektləri arasında ümumiyyətlə belə bir müsabiqə keçirilməmişdi. Buna görə də bunu keçmiş ənənənin davamı hesab etmək olmaz. Qəzet subyektləri ilə bağlı müsabiqə də tam fərqli formatda keçirildi”.

Ə.İsmayılov bildirib ki, köhnə ənənələrdən fərqli olaraq göstərilmiş dəstək layihəsində xərclərə ciddi nəzarət olunacaq.

Teqlər: