Media nümayəndələri üçün təlimlər keçirilib

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2021-2023-cü illər üzrə
“Kommunikasiya Strategiyası”nın Fəaliyyət Planına əsasən media
nümayəndələrinin içməli və tullantı su sektoru ilə bağlı bilik və
təcrübələrinin artırılması məqsədilə Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi ilə birgə media nümayəndələri üçün
təlimlər keçirilib.

AzerTimes-ın məlumatlına görə, təlim və İnnovasiyalar Mərkəzində
təşkil olunan tədbirdə 40-dan artıq media orqanının nümayəndələri
iştirak edib.

Təlimdən əvvəl iştirakçılar Təlim və İnnovasiyalar Mərkəzi və
mərkəzin təcrübə poliqonunda yaradılmış şəraitlə tanış olublar.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar
Cəbrayıllı bildirib ki, təlimin keçirilməsində məqsəd son dövrlər
müşahidə olunan iqlim dəyişiklikləri, su ehtiyatları və onlardan
səmərəli istifadə, əhalinin içməli və tullantı su xidmətlərindən
istifadəsinin yaxşılaşdırılması sahəsində “Azərsu” ASC-nin həyata
keçirdiyi tədbirlər barədə mətbuat nümayəndələrinin bilik və
təcrübələrini artırmaq, onların bu sahədə ixtisaslaşmasına dəstək
göstərməkdən ibarətdir.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli
kommunal sektorda, o cümlədən su təchizatı sahəsində jurnalistlərin
ixtisaslaşmasının vacibliyindən danışıb və qeyd edib. Bildirib ki,
təlimlər kütləvi informasiya vasitələri nümayəndələrinin bu sahə
üzrə biliklərinin artırılmasını və gələcək fəaliyyətlərində
ictimaiyyətə dolğun informasiyanın çatdırılmasına kömək
göstərəcək.

Təlimdən öncə “Azərsu” ASC-nin fəaliyyətin ilə bağlı təqdimat
keçirilib.

“Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin
rəisi Bahadur Kəngərli “Azərbaycanda həyata keçirilmiş içməli su
layihələri və onların əhəmiyyəti”, Medianın İnkişafı Agentliyinin
şöbə müdiri Natiq Məmmədli “Media subyektlərində ixtisaslaşma və
onun üstünlükləri”, Xəzər Universitetinin mərkəz rəhbəri Rövşən
Abbasov “İqlim dəyişikliklərinin Azərbaycanın su ehtiyatlarına
təsiri və sudan səmərəli istifadə”, “Sukanal” Elmi Tədqiqat və
Layihə İnstitutunun direktor müavini Elnur Nəsirov “İqlim
dəyişikliklərinin içməli su mənbələrinin məhsuldarlığına təsiri”,
Texnoloji proseslərə nəzarət, suyun təhlükəsizliyi və ekologiya
şöbəsinin rəisi Cəmil Babayev “Suyun keyfiyyəti insan sağlamlığı
üçün əsas amillərdən biridir”, Elektron idarəetmə və müasir
texnologiyalar departamentinin rəis müavini Cabbar Cabbarlı “Sudan
səmərəli istifadə, israfçılığın və qanunsuz qoşulmaların qarşısının
alınması ilə bağlı görülən tədbirlər” mövzularında təqdimatla çıxış
ediblər. Tədbir zamanı mövzularla bağlı müzakirələr aparılıb,
jurnalistlərin sualları cavablandırılıb.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Teqlər: