MEDİA-nın icraçı direktoru hücuma məruz qalan jurnalistlə görüşüb

Medianın İnkişafı Agentliyində (MEDİA) İcraçı direktor Əhməd
İsmayılovun jurnalist Aytən Məmmədova ilə görüşü keçirilib.

Agentlikdən
Trend
-ə verilən məlumata görə Əhməd İsmayılov jurnalistin
hücuma məruz qalması faktının Agentliyin diqqət mərkəzində olduğunu
bildirib.

Aytən Məmmədova mayın 8-də Binəqədi rayonu ərazisində, yaşadığı
binanın blokunda hücuma məruz qalması ilə bağlı fikirlərini
bölüşüb.

İcraçı direktor bildirib ki, məsələ ilə bağlı Daxili İşlər
Nazirliyi ilə operativ əlaqə saxlanılıb.

Qeyd olunub ki, hadisə Daxili İşlər Nazirliyinin nəzarətindədir
və hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma
aparıldıqdan, zəruri prosessual tədbirlər görüldükdən sonra
hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcəkdir.

Teqlər: