MEDİA-nın İcraçı direktoru BDU-nun Jurnalistika fakültəsinin tələbə və magistrantları ilə görüşüb (FOTO)

15 aprel tarixində Bakı Dövlət Universitetinin Jurnalistika
fakültəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd
İsmayılovun “Media sahəsində islahatların hüquqi əsasları”
mövzusunda ustad dərsi keçirilib.

Trend xəbər verir ki, tədbirdə Medianın İnkişafı Agentliyinin
əməkdaşları, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev,
professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak
ediblər.

Əhməd İsmayılov bildirib ki, özünəməxsus inkişaf yolu keçmiş
Azərbaycan mediası ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı
ictimaiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünyaya
çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərib. O, media
sahəsində islahatların hüquqi əsasları, medianın fəaliyyəti, media
etikası, peşəkarlıq standartları ilə bağlı tələbə-jurnalistləri
məlumatlandırıb. Xüsusilə medianın cəmiyyətdəki rolu, media
subyektləri arasındakı münasibətlərin hüquqi baxımdan tənzimlənməsi
və funksiyaları ilə bağlı əsas məqamları diqqətə çatdırıb.

Sonra Əhməd İsmayılov “Media haqqında” Azərbaycan
Respublikasının Qanununun əsas müddəalarını şərh edərək,
jurnalistlər üçün əhəmiyyətini vurğulayıb. Medianın bugünki
problemləri, cəmiyyət və media arasında əlaqələr barədə tələbələrlə
fikir mübadiləsi aparılıb.

İnteraktiv formada keçirilən ustad dərsində tələbələri
maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Teqlər: