“Media haqqında” Qanun bütün standartlara uyğundur – Rufiz Hafizoğlu (VİDEO)

Beynəlxalq təcrübədə media haqqında qanun və bənzəri qanunlar
mövcuddur. Ümumiyyətlə, medianın fəaliyyətini tənzimləyən qurumlar
və qanunlar var.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan
Televiziyasının “Çıxışa doğru” verilişində çıxışı zamanı Trend
Beynəlxalq İnformasiya Agentliyinin Xarici Layihələr Direksiyasının
rəhbəri Rufiz Hafizoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycanın qəbul edib və tətbiq etdiyi
media haqqında qanun bütün standartlara uyğundur.

“Bizim qanunlarımız daxili mühitimizə, jurnalistika məkətəbimizə
uyğun olaraq hazırlanıb. Təəssüflər olsun ki, Azərbaycanda
informasiya kirliliyi olub. Bunun səbəbi nə idi, medianı
tənzimləyən bir qurum yox idi və ya var idisə də, həmin qurum
üzərinə düşən öhdəliyi yerinə yetirmirdi”, – deyə o əlavə edib.

Teqlər: