Mədəniyyət komitəsinin ilk iclası keçirildi

Mədəniyyət komitəsinin ilk iclası keçirildi

Sentyabrın 15-də Milli Məclisin Mədəniyyət komitəsinin 2022-ci il payız sessiyasında videokonfrans formatında ilk iclası keçirilib.

AzerTimes xəbər verir ki, Komitə sədri Qənirə Paşayeva iclasın gündəliyinə daxil olan məsələləri təqdim edib.

O, gündəlikdə 3 məsələnin olduğunu qeyd edib.

Mədəniyyət komitəsində 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə məlumat verən komitə sədri bildirib ki, ötən müddət ərzində komitənin 8 iclası keçirilib, 20 məsələyə baxılıb.

Komitədə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Milli arxiv fondu haqqında” qanunda dəyişiklik edilməsi barədə və bir sıra digər qanun layihələri uç oxunuşda müzakirə edilib və plenar iclasda qəbul olunub.

Teqlər: