MDU-da “Beynəlxalq maliyyə bazarlarında risklər” mövzusunda seminar keçirilib (FOTO)

2022-ci ilin 9 aprel tarixində Mingəçevir Dövlət Universitetinin
(MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin (MDTM)
təşkilatçılığı çərçivəsində “Beynəlxalq maliyyə bazarlarında
risklər” mövzusunda seminar keçirilib.

Tələbə və magistrantların iştirak etdiyi seminarda Azərbaycan
Dövlət İqtisad Universitetinin professoru Elnur Sadıqov məruzə ilə
çıxış edib.

Məruzədə professor dünya valyuta, kredit və maliyyə bazarlarında
müasir vəziyyət, maliyyə bazarlarına təsir edən amillər, Avropa
valyuta bazarının beynəlxalq valyuta bazarına təsiri, risklərin
idarə edilməsi, valyuta məzənnəsinin sabitliyinin qorunması və
digər məsələlərdən bəhs edib.

Tələbə və magistrantlar tərəfindən maraqla qarşılanan məruzə
ətrafında müzakirələr aparılıb və təqdim edilən suallar
cavablandırılıb.

Qeyd edək ki, kadr hazırlığının keyfiyyət səviyyəsinin
yüksəldilməsini diqqət mərkəzində saxlayan MDU-da təhsilalanların
bilik və təcrübələrinin artırılması məqsədilə qabaqcıl yerli və
xarici tərəfdaş universitetlərlə əməkdaşlıq çərçivəsində müvafiq
təlimlərin və seminarların təşkilinə xüsusi önəm verilir.

Teqlər: