MDB PA-nın iclasında Azərbaycanın qələbəsindən danışılıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Ermənistanla 44 günlük müharibədə Qələbə əldə edərək biz azad olunan ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlamışıq.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 26-da MDB Parlamentlərarası Assambleyasının 53-cü plenar iclasında deyib.

S.Qafarova məcburi köçkünlərin, erməni işğalından əziyyət çəkən bir milyondan çox insanın tezliklə öz yurdlarına qaytarılacağını söyləyib. Spiker bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat əsasında münaqişəyə son qoyulub.

Parlamentin sədri qeyd edib ki, Azərbaycan hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyasına dair Ermənistana bir sıra təkliflər vermişik. Bu, beynəlxalq hüququn normalarına cavab verir. Spiker Sahibə Qafarova bildirib ki, biz regionda sabitlik və firavanlıq istəyirik, müharibə haqqında yox, sülh və gələcək barədə danışmaq istəyirik.

Azərbaycan parlamentinin sədri bildirib ki, bu gün geniş beynəlxalq miqyasda öz quruculuq imkanlarını reallaşdırmağa qadir olan parlament diplomatiyasının əhəmiyyəti artmaqda davam edir. O qeyd edib ki, MDB PA-nın himayəsi altında həyata keçirilən yeni ideyalar və layihələr, mühüm beynəlxalq tədbirlər sayəsində Assambleyaya maraq artır.

Teqlər: