Bakıda qadınlar arasında tamblinq üzrə finalçılar məlum olub

Xəbər - Cani Babayeva – AzerTimes:

Bakıda Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarında 17-21 yaş qrupunda qadınlar arasında tamblinq üzrə finalçılar məlum olub.

AzerTimes-in məlumatına görə, finala Aleksandra Yefraimoqlu (Yunanıstan, 66.200 xal), Eşli MakDonald (ABŞ, 65.500 xal), Manon Morankais (Fransa, 65.400 xal), Evi Mil (Belçika, 65.500 xal), Demi Adams (Böyük Britaniya, 64.900 xal), Miya Bevan (Böyük Britaniya, 65.600 xal), Maeli Abadi (Fransa, 64.100 xal) və Sofya Boqdanova (Rusiya, 64.100 xal) vəsiqə qazanıb.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışları 32 ölkədən 650 idmançı iştirak edəcək.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edəcək. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: