MDB ölkələrinin sabitliyini pozmağa çalışırlar – Putin

MDB ölkələrinin sabitliyini pozmağa çalışırlar – Putin

Bəzi ölkələr MDB ölkələrində qanuni hökuməti, ənənəvi dəyərləri və ümumilikdə vəziyyəti pozmağa çalışırlar.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin MDB Təhlükəsizlik Şurası katiblərinin iclasının iştirakçılarına videomüraciətində bildirib.

“Qlobal qeyri-sabitlik Avrasiyada da proqnozlaşdırılır. Üstəlik, bəzi ölkələrin hərəkətləri bilavasitə MDB ölkələrində qanuni hakimiyyəti, sosial sabitliyi və ənənəvi dəyərləri sarsıtmağa, ənənəvi sıx ticarət, əməkdaşlıq və mədəni əlaqələrimizi pozmağa yönəlib”, – Putin bildirib.

Putin qeyd edib ki, MDB ölkələri üçün ümumi olan təhlükələr hələ də qalmaqdadır: terrorizm və mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi və qeyri-qanuni miqrasiya, radikalizm və ekstremizm, həmçinin iqtisadi, informasiya, texnoloji və bioloji təhlükəsizlik sahəsində risklər.

Teqlər: