Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ iclasda Rusiyanın xarici qurumlarının işinin təşkili, eləcə də MDB ilə iş məsələlərini müzakirə etməyi təklif edib.
AzerTimes xəbər verir ki, Putin xarici agentliklərlə işin təşkili barədə müzakirələr aparacaqlarını bildirib.
“Bu gün biz xarici qurumlarımızın işinin təşkili, onların fəaliyyətinin bəzi aspektlərini müzakirə edəcəyik və postsovet məkanında ən yaxın qonşularımızla fəaliyyətin təşkili ilə bağlı bəzi məsələlər barədə danışacağıq”, – Putin qeyd edib.