Mbappenin final matçından sonra ilk reaksiyası

Mbappenin final matçından sonra ilk reaksiyası

Fransa millisinin hücumçusu Kilian Mbappe ötən gün keçirilən DÇ-2022-nin final matçından sonra ilk dəfə reaksiya bildirib.

AzerTimes xəbər verir ki, finalda het-trik edən Fransanın ulduz futbolçusu Kilian Mbappe “mavilər”in Argentinaya məğlubiyyətinə ilk dəfə reaksiya verib.

O, Tvitter hesabında “Biz qayıdacağıq” yazıb.

Qeyd edək ki, final matçında Argentina millisi Fransanı məğlub edərək Dünya Kubokuna sahib olub. Messi final matçının ən yaxşı futbolçusu, Mbappe isə DÇ-2022-nin ən sərrast futbolçusu seçilib.

Teqlər: