Maykl Nirbas ADU-nun qonağı oldu – Foto

Maykl Nirbas ADU-nun qonağı oldu – Foto

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Maykl Nirbas Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

AzerTimes xəbər verir ki, universitetin rektoru, akademik Kamal Abdulla qonağı rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu bildirib, ADU-nun beynəlxalq əlaqələrindən danışıb.

ektor qeyd edib ki, Bakı Amerika Mərkəzi uzun illərdir Azərbaycan Dillər Universitetində uğurla fəaliyyət göstərir, mərkəzin həyata keçirdiyi layihələr təkcə tələbə və müəllimləri deyil, eyni zamanda ictimaiyyətin bu istiqamətə maraqlı olan nümayəndələrini əhatə edir.

Akademik Kamal Abdulla missiya direktoru Maykl Nirbası universitetdə fəaliyyət göstərən “Səfir klubu” çərçivəsində tələbələrlə görüşə dəvət edib.

ADU-da olmaqdan məmnun olduğunu deyən USAID direktoru təhsil ocaqları ilə əməkdaşlığın geniş perspektivlərindən danışıb. ADU-ya bu istiqamətdə böyük önəm verdiyini diqqətə çatdıran qonaq, tələbə və müəllimlərin bu əməkdaşlıqdan böyük fayda götürəcəyinə əminliyini bildirib.

Görüşdə universitetin beynəlxalq jurnalistika ixtisası üzrə təhsil alan tələbələri üçün media savadlılığı, multimediya, praktik və nəzəri jurnalistika, beynəlxalq təcrübə və s. istiqamətlərdə əməkdaşlıq üçün fikri mübadiləsi aparılıb.

Teqlər: