Mayın 8-də tədrisi fərqli dildə aparılan şagirdlər Azərbaycan dili imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci il mayın 8-də tədrisi
Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil
müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış
imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı
keçiriləcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, mayın 8-də ali
və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan
dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də
Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək.

Cari ilin 9-cu və 11-ci sinif şagirdləri buradan, əvvəlki illərin məzunları isə buradan “İmtahana buraxılış vərəqəsi”ni çap edə
bilərlər.

Teqlər: