Mayın 30-da gözlənilən hava şəraiti açıqlanıb

Mayın 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə mayın 30-da
Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq.

Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-21 isti, gündüz 27-32 isti, Bakıda gecə 18-20 isti, gündüz 29-31dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək, Nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz olacaq.


Mayın 30-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Mayın 30-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22 isti, gündüz 31-36 isti, dağlarda gecə 11-16 isti, gündüz 20-24 dərəcə isti olacaq.

Teqlər: