Mayın 1-dən balıq ovuna qadağa qoyulur

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2022-ci il
tarixindən balıq ovuna moratorium qüvvəyə minir.

Trend xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin
rəisi Hikmət Əlizadə bildirib ki, ölkə ərazisindəki bütün su
hövzələrində balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam
edəcək.

Xidmət rəisi qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə
Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə
ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin
həyata keçirildiyini qeyd edib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis
İdarəsi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri
qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş
alətlərlə balıq ovlamaqdan çəkinməyə və balıq ehtiyatlarını
qorumağa çağırıb.

Teqlər: