Mayamidə küçədə atışma baş verib, 7 nəfər yaralanıb

ABŞ-ın Mayami şəhərinin (Florida ştatı) şimal-şərqində atışma baş verib.

AzerTimes-ın “NBC” telekanalına istinadən verdiyi məlumata görə, atışma nəticəsində 7 nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Atəş açan şəxsin kimliyi məlum deyib, hazırda cinayətkarın axtarışları aparılır.

Bildirilir ki, hadisə yerinin yaxınlığında olan insanlar azı 60 dəfə atəş açıldığını qeyd ediblər. İlkin məlumata əsasən, cinayətkar avtomobildən atəş açıb.