May ayında 1,6 milyard dollarlıq məhsul ixrac olunub

Xəbər - Çingiz Səfərli -Trend:

2021-ci ilin may ayı Azərbaycanın ümumi ixracı 1,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 210,5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə AzerTimes-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin may ayı ilə müqayisədə 22 faiz və ya 38 milyon ABŞ dolları daha çoxdur.

Habelə, 2021-ci ilin qeyri-neft sektorunun tərkibi üzrə yeyinti məhsullarının ixracı 85,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 125,1 milyon ABŞ dolları təşkil edib.

2021-cu ilin may ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (91 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (38,7 milyon ABŞ dolları) və İsveçrə üçüncü (22,9 milyon ABŞ dolları) olub.

2021-ci ilin may ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (44,7 milyon ABŞ dolları) birinci, qızıl (22,8 milyon ABŞ dolları) ikinci və kartof (19,2 milyon ABŞ dolları) üçüncü olub.

Teqlər: