Maskın şirkəti ABŞ kəşfiyyatı ilə gizli müqavilə bağladı

Maskın şirkəti ABŞ kəşfiyyatı ilə gizli müqavilə bağladı

“SpeysX” şirkəti ABŞ kəşfiyyatı ilə gizli müqavilə bağlayıb.

AzerTimes verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.

Şirkətin 2021-ci ildə ABŞ Milli Kosmik Kəşfiyyat Agentliyi ilə imzaladığı 1,8 milyard dollarlıq müqaviləyə əsasən, casus peykdən ibarət yüzlərlə şəbəkə yaradılacaq.

Əgər görülən iş uğurlu olarsa, “SpeysX” ABŞ ordusunun Yer kürəsinin demək olar ki, hər yerində potensial hədəfləri tez aşkar etmək imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Teqlər: