Maskdan Medvedyevə: Eşitdiyim ən absurd proqnozdur!

Maskdan Medvedyevə: Eşitdiyim ən absurd proqnozdur!

Amerikalı iş adamı İlon Mask Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin 2023-cü il üçün proqnozlarını absurd hesab edib.

AzerTimes xəbər verir ki, İlon Mask Dmitri Medvedevin paylaşımının altında yazıb:

“Bunlar indiyə qədər eşitdiyim ən absurd proqnozlardır və eyni zamanda süni intellektin və davamlı enerjinin inkişafından xəbərsizliyi göstərir”.

Beləliklə, Mask Medvedyevin proqnozlarını şərh etməyə davam edib – bundan əvvəl Mask onları “epik” adlandırmışdı.

Mask, həmçinin, Medvedyevin paylaşımı ilə bağlı bir ildən sonra özü üçün xatırlatma qoyub.

Qeyd edək ki, Medvedev 2023-cü il üçün bəd futuristik proqnoz verib. Onun fikrincə, neftin qiymətinin barreli 150 dollara, qazın qiyməti 1000 kubmetr üçün 5 min dollara qədər yüksələcək, Aİ dağılacaq, ABŞ-da vətəndaş müharibəsi başlayacaq və Mask daxili konfliktlər nəticəsində dağılmış ABŞ-da seçkilərdə qalib gələcək.

Teqlər: