Maska qadağası aradan qaldırılacaq? – Nazirdən AÇIQLAMA

Səhiyyə naziri Teymur Musayev maska qadağasının aradan
qaldırılması ilə bağlı məsələyə aydınlıq gətirib.

AzerTimes-ın məlumatına görə, nazir bildirib ki, yoluxma sayları
kəskin azalmaqdadır. O qeyd edib ki, gündəlik hospitalizasiya
sayları da sadə rəqəmlərlə ifadə olunur.

“Bütün bunlar nəzərə alınaraq məsələyə baxılır. Yəqin ki,
müəyyən qərarlar veriləcək. Vətəndaşlarımızı səbrli olmağa
çağırıram. 2 ildən ardıqdır davam edən pandemik marafon
insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb. Nazirlər
Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın rəsmi
qərarını gözləməyə çağırıram”, – deyə nazir bildirib.

Teqlər: