Bu il Azərbaycanda elektrik enerjisi istehsalı artıb – Pərviz Şahbazov

Bu ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə
müqayisədə ölkəmizdə elektrik enerjisi istehsalı 3,9 % artaraq 7
milyard 194,2 milyon kilovat/saata çatıb.


Trend
-in məlumatına görə, bu barədə energetika naziri Pərviz
Şahbazov “Twitter” səhifəsində bildirib.

“Elektrik enerjisi ixracı isə 1,4 milyon kilovat/saat artımla
508,4 milyon kilovat/saat olub”, – nazir qeyd edib.

Teqlər: