Mask görmə qabiliyyətini bərpa edən implantı açıqladı

Mask görmə qabiliyyətini bərpa edən implantı açıqladı

Amerikalı milyarder İlon Mask “Neuralink” şirkətinin beyin implantını elan edib.

AzerTimes xəbər verir ki, bu implant kor insanların görmə qabiliyyətini bərpa edə biləcək.

“Neuralink” görmə qabiliyyətini bərpa edən “Blindsight” implantı hazırlayır. Hətta kimsə kor doğulsa belə, biz görmə qabiliyyətini bərpa edə biləcəyimizə inanırıq”, – Mask bildirib.

Mask qeyd edib ki, qurğu artıq meymunlar üzərində sınaqdan keçirilir, təcrübələr zamanı heyvanlara heç bir zərər dəyməyib.

Teqlər: