Mask film studiyasını yandırmaqla hədələdi

Mask film studiyasını yandırmaqla hədələdi

37 yaşlı amerikalı aktrisa Ember Herdin “Aquaman and the Lost Kingdom” filmində rolu azaldılıb.

AzerTimes Publika.az-a istinadla xəbər verir ki, bu barədə qərar filmin prodüserləri tərəfindən verilib.

“Variety Tuesday” nəşrinin yayımladığı açıqlamada məlum olub ki, Herdlə “Aquaman” filmindəki həmkarı Ceyson Momoa arasında problemləri olub. İddiaya görə, çəkiliş meydançasına sərxoş gələn 44 yaşlı Momoa Herdi filmdən kənarlaşdırmağa çalışıb.

Terapevtlə söhbətləri zamanı Herd bildirib ki, Momoa keçmiş əri, amerikalı aktyor Coni Depp kimi geyinərək onu narahat edib.

“DC Studios”dan verilən açıqlamada isə aktrisanın iddiaları təkzib edilib və bildirib ki, Ceyson Momoa çəkilişlərdə hər zaman peşəkar kimi davranıb.

Xatırladaq ki, bu yaxınlarda Herdin “Aquaman 2” filminin heyətindən uzaqlaşdırılacağı ilə bağlı şayiələr yayılmışdı, lakin onun Deppdən ayrıldıqdan sonra görüşməyə başladığı milyarder İlon Maskın sayəsində filmdəki yerini qoruduğu deyilir.

İddiaya görə, Mask “Uorner Bros” stusiyasına hədələyici məktub göndərib və qeyd edib ki, Herd filmdən uzaqlaşdırılarsa, studiyanı yandıracaq. Lakin Mask, Herd, “Uorner Bros.” və “DC Studios”un nümayəndələri bu barədə şərh verməkdən imtina ediblər.

Teqlər: