Mask Avropa Parlamentinə dəvət edildi

Mask Avropa Parlamentinə dəvət edildi

Avropa Parlamentinin rəhbəri Roberta Metsola Tvitterin yeni rəhbəri İlon Maskı Avropa Parlamentində ifadə verməyə dəvət edib.

AzerTimes xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.

“Milyarderə deputatlarla açıq ictimai fikir mübadiləsinə gəlmək xahişi ilə məktub göndərilib. Bildirilir ki, Tvitter AB-nin demokratik həyatında mərkəzi rol oynayır, sivil diskurs üçün imkan yaradır. Tvitter istəmədən nifrət nitqi, seçkiyə müdaxilə və dezinformasiya üçün katalizatora çevrilməməlidir”, – məlumatda deyilir.

Qeyd edək ki, bu addım Tvitterdə bir sıra xaotik və mübahisəli tədbirlərdən sonra atılıb – kütləvi ixtisarlar, jurnalistlərin bloklanması və platformanın qaydalarına dəyişikliklər. Bütün bunlar Avropada həyəcana səbəb olub.

Teqlər: