Maşının təkəri partladı, ağaca çırpıldı: qardaşlar…

Maşının təkəri partladı, ağaca çırpıldı: qardaşlar…

Qaxda qardaşların xəsarət alması ilə nəticələnən yol qəzası olub.

AzerTimes xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, minik avtomobili arxa təkərinin partlaması səbəbindən idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan iki qardaş – rayonun Qaysarlı kənd sakinləri, 1980-ci il təvəllüdlü Zahid Aydın oğlu Kərimov və 1983-cü il təvəllüdlü Natiq Aydın oğlu Kərimov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: