Maşın sahiblərinin işi asanlaşır – Yeni qayda

Maşın sahiblərinin işi asanlaşır – Yeni qayda

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsi elektronlaşdırılır.

AzerTimes xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, qeyd olunan şəhadətnamə kağız formasında deyil, elektron informasiya sistemi vasitəsi ilə yoxlanılacaq.

Hazırda “İcbari sığortalar haqqında” Qanuna görə yalnız avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan icbari sığorta müqavilələri elektron sənəd formasında bağlanılır. Qanunla tənzimlənən daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta müqavilələri isə kağız formasında bağlanılır.

Müqavilələrin kağız formasında bağlanılması bəzi hallarda bir sıra problemlərin yaranmasına, xüsusilə fiziki təmas olmadan müvafiq icbari sığorta şəhadətnaməsinin əldə edilməməsinə, vətəndaşların saxtakarlıqlarla üzləşməsinə, təminatsız qalmalarına və sığorta müqavilələrində məlumatların dəqiqliyinin təmin edilməməsinə səbəb olur. Məhz bu neqativ halların aradan qaldırılması üçün yeni qanun layihəsi hazırlanıb. Bu Qanun layihəsində Sığorta Bürosunun elektron informasiya sisteminin dövlət orqanlarının elektron informasiya sistemlərinə inteqrasiyasını təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilir.

Teqlər: