Azər Ayxan “Yeni Müsavat”dan getdi

Azər Ayxan “Yeni Müsavat”dan getdi

“Yeni Müsavat”ın baş redaktoru Azər Ayxan vəzifəsindən istefa verib.

AzerTimes xəbər verir ki, bu barədə o özü məlumat paylaşıb.

“Bəzən yaranan fikir ayrılıqları, mübahisələr bir tərəfin getməsi ilə daha asan həllini tapır. Qalıb dirəşmək, üz-göz olmaq çıxış yolu deyil. Əksinə, bu, durumu daha da gərginləşdirir. Anlaşa bilmirsənsə, uzaqlaşacaqsan. Yanlış qərarların verilməsinin qarşısını ala bilmirsənsə, yapacaq bir şey qalmır – gedəcəksən. Əlverişiz mənəvi-psixoloji mühit insanı usandırır, enerjisini alır və yorur.

Maddi itkilərə rəğmən imtina edə bilmək və zamanında çəkilmək insanı ərdəmli qılar, hörmətli tutar. Ən əsas, öz gözündə yüksəldər”, – deyə o qeyd edib.

Teqlər: