Maşın dərəyə yuvarlandı, baba və nəvəsi öldü

Maşın dərəyə yuvarlandı, baba və nəvəsi öldü

Tovuz rayonu Çobansığnaq kəndində yol-nəqliyyat hadisəsi olub.

AzerTimes Report-a istinadən xəbər verir ki, Ramiz Abbasəli oğlu Həsənovun idarə etdiyi “Niva” markalı avtomobil Tovuz-Çobansığnaq avtomobil yolunun nahamar olan dağlıq hissəsində hərəkətdə olarkən idarəetməni itirərək hündürlükdən dərəyə aşıb.

Nəticədə sürücü Ramiz Həsənov və nəvəsi 15 yaşlı Cavidan İlqar Həsənli oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Teqlər: