Maşın ağaca, sonra yük avtomobilinə çırpıldı: ölən var

Maşın ağaca, sonra yük avtomobilinə çırpıldı: ölən var

Ağdaşda ölümlə nəticələnən yol qəzası olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AzerTimes-a bildirilib ki, martın 11-də saat 01 radələrində Ağdaş şəhəri ərazisində VAZ-2104 markalı avtomobilin sürücüsü Mürsəl Əliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə ağaca, daha sonra yolun kənarında dayanan yük avtomobilinə çırpılıb.

Müxtəlif bədən xəsarətləri alan avtomobildəki sərnişin, 1981-ci il təvəllüdlü Ceyhun Vəli oğlu Qəhrəmanov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Teqlər: