Masazırda üzərində zorakılıq əlaməti olan meyit tapıldı

Masazırda üzərində zorakılıq əlaməti olan meyit tapıldı

Sentyabrın 13-də saat 21 radələrində Abşeron rayonu Masazır qəsəbəsində evlərin birində 1983-cü il təvəllüdlü Rzayeva Səbinə Cavad qızının üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş qadına qarşı cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Teqlər: