Masazırda restoran yanır

Masazırda restoran yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən üçmərtəbəli binada (üçüncü mərtəbəsi restoran kimi fəaliyyət göstərir) yanğın olması barədə ilkin məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Teqlər: